Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər bir dərdin dərmanı, çay, çay, çay... Lənkərandan REPORTAJ VİDEO

Lənkəran, 24 yanvar, Ceyhun Rüstəmov, AZƏRTAC

Azərbaycanda elə ev tapmaq olmaz ki, gün ərzində azı bir dəfə çay dəmlənməsin. Vətəni Çin hesab olunsa da, bizim ölkədə də özünəməxsus çay mədəniyyəti formalaşıb. Çay təkcə susuzluğu yatırma vasitəsi hesab edilmir. Çay süfrəsi, eyni zamanda, səmimi bir atmosfer yaradaraq insanları bir-birinə yaxınlaşdırır, yadları dostlaşdırır.

Ölkəmizdə çay bitkisi sovet vaxtından becərilməyə başlanılıb və həmin vaxtdan da şöhrəti hər yana yayılıb. Əsasən cənub bölgəsində yetişdirilən çay ətri və tamı, tərkibinin zənginliyi və daha faydalı olması ilə fərqlənir.

Bölgədə çayçılığın inkişafı istiqamətində görülən işlərlə yaxından tanış olmaq məqsədilə AZƏRTAC-ın çəkiliş qrupu yolunu Lənkəranın İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatı MMC-yə salıb.

İlk baxışdan təsərrüfatın uzun sıralarla cərgələnmiş çay plantasiyaları diqqətimizi çəkir. Təsərrüfat rəhbəri Araz Yağubov bizi gülərüzlə qarşılayır. Lənkəran çayı haqqında reportaj hazırlamaq istədiyimizi biləndə bizi böyük məmnuniyyətlə çay plantasiyaları ilə tanış edir.

Qısa arayış: “Yaşıl çay” fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılıb. İlki vaxtlar 20 hektar ərazisi olsa da, hazırda fermer təsərrüfatının torpaq sahəsi 150 hektara çatır. Bunun 70 hektarı çay plantasiyasıdır və hazırda onun 40 hektarı məhsul verir. Hər il müasir üsulla plantasiyalar salınır. Məqsəd çay plantasiyalarının sahəsini 120 hektara çatdırmaqdır. Bu təsərrüfatda çayçılıqla yanaşı, heyvandarlıq, taxılçılıq və baramaçılıq da inkişaf etdirilir. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyev cənub bölgəsinə səfəri zamanı “Yaşıl çay” fermer təsərrüfatında görülən işlərlə də tanış olub.

“Lənkəran çayı”nın üstünlükləri

Araz Yağubov bildirir ki, cənub bölgəsinin əlverişli təbii iqlim şəraiti və ənənələrin mövcudluğu, yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması çayçılığın inkişafını zəruri edir. Dövlət tərəfindən göstərilən dəstək isə fermerlərin, sahibkarların bu sahəyə marağını daha da artırıb.

“Vaxtilə İstisu qəsəbəsində böyük çay təsərrüfatı vardı. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxdı. Hazırda çayçılığın inkişafına xüsusi diqqət yetirilir, bir sıra fermer təsərrüfatları yaradılıb. Onlardan biri də bizim təsərrüfatdır. Biz xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə edirik”, - deyə həmsöhbətimiz vurğulayır.

“Yaşıl çay” fermer təsərrüfatının rəhbəri “Lənkəran çayı”nın üstün cəhətlərindən danışaraq deyir ki, Lənkəranın saf havası, təbiəti burada keyfiyyətli çayın yetişdirilməsinə imkan verir: “Bu ərazidə hər hansı bir kimyəvi, plastik, metallurgiya zavodu olmayıb. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələr işlətmirik, yalnız barama kümxanamızdan alınan üzvi gübrədən hazırladığımız kamposdan istifadə edirik. Ona görə də çaylarımız tam təbii çaylardır. Gördüyünüz bu plantasiyalarda Gürcüstanda yetişdirilən “Kolxida” sortuna aid çay bitkiləri əkilib. Bu çay sortu digərlərindən tərkibindəki maddələrə görə seçilir. “Kolxida”nın tərkibindəki tanin maddəsi 34 faiz, Hindistan və Çin çaylarında isə 22-24 faiz təşkil edir. Həmçinin tərkibi kofeinlə də zəngindir. Dəmlənən zaman kofeinlə tanin birləşmələri bu çayı içən insanın əhval-ruhiyyəsini yüksəldir”.

Yapon texnologiyası ilə salınan plantasiyalar səliqə ilə cərgə-cərgə düzülüb. Yəni az bir ərazidə daha çox çay bitkisi əkilib. Cərgələr yan-yana olduğundan kolların dibində nəmlik qorunub saxlanılır. Bitkinin dibinə Günəş şüası bir başa düşmədiyindən torpaq qaysaqlamır, tez-tez suvarmaya ehtiyac qalmır və məhsulun keyfiyyəti yüksəlir.

Araz Yağubov deyir ki, buradakı plantasiyalarda çaylar növlər üzrə intensiv üsulla dərilir. Əvvəllər ayda bir dəfə dərirdiksə, indi az miqdarda olsa da, hər bir çayın növünə uyğun gündəlik yığım aparılır. Çay yarpaqları polietilen torbalara deyil, həsir zənbillərə yığılır. Çünki yarpaqda yaranan oksidləşmə istilik nəticəsində polietilenlə kimyəvi reaksiyaya girir. Həsir zənbillərdə isə bu proses olmur. Yığılmış çay qısa müddətdə emal olunur ki, keyfiyyətini itirməsin.

Çay bitkisi 7 ildən sonra məhsul verməyə başlayır və 12 ildən sonra məhsuldarlığının ən yüksək həddinə çatır. Digər çay növləri hektara 5 ton məhsul verirsə, “Kolxida”nın məhsuldarlığı 10 tondur. Hələlik plantasiyaların hər hektarından ton yarım məhsul götürülür. Bu göstərici ildən-ilə artacaq.

Hollandiyalı mütəxəssislər tərəfindən plantasiyalarda müasir suvarma şəbəkəsi qurulub. Sahələr çiləmə üsulundan istifadə edilməklə suvarılır. Bu, çayın becərilməsində çox gözəl nəticə verir. Onu da öyrəndik ki, Azərbaycanda ilk dəfə bu təsərrüfatda arakəsmə olmadan uzunluğu 400 metrə çatan cərgələr salınıb.

Azərbaycanda qonaqlıq çay ilə başlayır, çay ilə də qurtarır

Söhbətimizi daha sonra çay süfrəsi arxasında davam etdiririk. Araz Yağubov deyir ki, hər bir Azərbaycan ailəsində gələn qonağa, ilk növbədə, çay verirlər: “Bizim adət-ənənəmizdə qonaqlıq çay ilə başlayır, çay ilə də qurtarır. Elçilik zamanı süfrəyə şirin çayın gətirilməsi razılıq əlaməti sayılır. Çay həm də min bir dərdin dərmanıdır. Təsadüfi deyil ki, çay haqqında çox şeirlər yazılıb, mahnılar bəstələnib. Şövkət Ələkbərovanın ifasında bu mahnını eşitməmiş olmazsınız,

“Kimin ağrıyır canı,

Bol çay içsin mərcanı.

Hər bir dərdin dərmanı,

Çay, çay, çay...”.

Bu kimi şeir və mahnılar Azərbaycan mətbəxində çayın xüsusi yeri olduğunu göstərir”.

Bir kiloqramı 2 min manata

“Yaşıl çay” fermer təsərrüfatı MMC-də “Made in Azerbaijan” brendi ilə 25 çeşiddə çay istehsal edilir. Qiymət çayın növündən və keyfiyyətindən asılı olaraq 10-2000 manat arası dəyişir. Hər növə uyğun yığım prosesi tətbiq olunur və hər birinin də ayrıca yığılma vaxtı var. Burada kəklikotulu, limonlu, zəncəfilli, yarpızlı, həmçinin yaşıl çay, gül çay kimi növbənöv məhsullar istehsal olunur.

Təsərrüfat rəhbəri deyir ki, əsas məqsədi, ilk növbədə, yerli bazarı çayla təmin etməkdir. “Xarici turistlər üçün xüsusi hazırlanmış “Premium gold” çaylarımız da var. Onun 1 kiloqramı 2 min manatadır. Həm keyfiyyətinə, həm də qablaşdırmasına görə fərqlənir. Qablaşdırılması kitab formasındadır və səhifələrində Azərbaycan, ingilis və rus dillərində Azərbaycan çayı haqqında məlumatlar yazılıb”.

“Premium gold” çayının istehsal prosesinə gəldikdə, həmsöhbətim qeyd edir ki, tam açılmamış yarpaqlar - fleşlər səhər saat 6-dək gün işığı düşməmiş yığılır və 10 dəqiqə ərzində emal sexinə çatdırılır. Bir işçi gündə 400 qram yaş yarpaq yığa bilir və qurudulduqda onun çəkisi on dəfə azalaraq 40 qram olur. Bu yarpaqlar xüsusi texnologiya ilə istehsal edilir: “Fleşlər yığıldıqdan sonra emal sexində qapalı peçdə bambukdan hazırlanmış xüsusi setkalarda qurudulur və 24 saat fasiləsiz qarışdırıldıqdan sonra emal olunur. Çay yığımında xüsusi qurğulardan istifadə etmirik. Əgər fikir vermisinizsə, Hindistan, Çin kimi çayçılıq inkişaf etmiş iri ölkələrdə də yarpaqlar əllə yığılır, xüsusən bu prosesdə qadınlar iştirak edir. Bizdə də çay yığımını qadınlar, qız-gəlinlər aparırlar. Nəyə görə? Çünki qadın əlinin zərifliyi, incəliyi, ondakı hərarət və enerji çaya hopmalıdır”.

Eşitmişdik ki, çayın emal prosesində buzdan da istifadə olunur. Bu texnologiya ilə də maraqlanırıq. Araz Yağubovun sözlərinə görə, Tibet texnologiyasına əsasən, çay yarpaqlarının soldurulması prosesi istilik yolu ilə deyil, buz vasitəsilə aparılır. “İstiliklə soldurulduqda çayın tərkibində olan elementlərin bir çoxu itir. Tibet texnologiyası ilə - buzla soldurularaq hazırlanmış çayın tərkibi isə daha zəngin olur. Biz də bu texnoloji prosesi emal seximizdə tətbiq edirik və satışda belə üsulla hazırlanan məhsullarımız da var”, - deyə təsərrüfat rəhbəri vurğulayır.

Təbii çay dəmləndikdən sonra bir neçə gün qalsa da, rəngi dəyişməməli, çöküntü verməməlidir

Hər ölkədə çay müxtəlif cür dəmlənir. Çayın keyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti böyükdür. Bu barədə sualımızı cavablandıran Araz Yağubov deyir: “Çay ilə su vəhdət təşkil etməlidir. Yəni, keyfiyyətli çay təmiz, saf su ilə dəmlənərsə, dadı da yaxşı olacaq. Adətən, çaynikə tutumundan asılı olaraq quru çay tökülür, 3/4 hissəsi təzə qaynadılmış su ilə doldurularaq 8-10 dəqiqə dəmə qoyulur. Lakin hər çayın öz dəmlənmə vaxtı var. Misal üçün, zəncəfil çayı 10-12 dəqiqə dəmdə qalmalıdır ki, onun bütün elementləri çaya keçsin. Çayı qaynatmaq olmaz, yoxsa, keyfiyyəti aşağı düşər, ətri itər. Əgər çay dəmləndikdən bir neçə saat sonra rəngi dəyişirsə, bulanırsa, çöküntü verirsə, o çay konservantdır, tərkibində rəng var. Onu içmək məsləhət deyil. Təbii çay bir neçə gün qalsa da, onun rəngi dəyişməməli, çöküntü verməməlidir. Ümumiyyətlə, hər hansı bir çayı dəmlədikdən sonra üstündən 2 saat keçibsə, onu içmək məsləhət deyil. Belə çayın tərkibində heç bir faydalı maddə də qalmır”.

Yaşıl çayı gün ərzində 1-2 stəkandan artıq içmək olmaz

Bəs yaşıl çay? Bu barədə də danışan həmsöhbətimiz qeyd edir ki, yaşıl çay çox güclü antioksidant olduğu üçün ondan istifadə etməyin öz qaydaları var. Hədsiz dərəcədə çox antioksidant qəbulu orqanizmə zərər verir, müxtəlif xəstəliklər inkişaf etməyə başlayır. Orqanizm müəyyən bakteriyalara qarşı müqavimət göstərə bilmir. Bu səbəbdən də yaşıl çayı çox içmək məsləhət deyil. “Bu çayı odda dəmləmək olmaz. Yaşıl çayın üzərinə tökülən qaynanmış su bir qədər soyumalı və 90 dərəcədən yuxarı olmamalıdır. Dəmə qoyulduqda 15-20 dəqiqə gözləmək lazımdır. Gün ərzində 1-2 stəkan yaşıl çay içsəniz, bu, orqanizmə heç bir ziyan vurmayacaq. Tərkibindəki antioksidant maddələri xərçəng xəstəliyinin qarşısını alır. Bədəni kökəlməyə qoymur, insanı arıqladır. Bakteriyaları və mikrobları öldürür, orqanları təmizləyir, beyin hüceyrələrini aktivləşdirir. Gün ərzində 3 stəkan və daha çox yaşıl çay içmək isə səhhətə ziyan vura bilər”.

“Yaşıl çay” fermer təsərrüfatını ötən il 3 mindən çox turist ziyarət edib

Ölkəmizdə turizmin, eləcə də aqroturizmin inkişafı üçün münbit şərait mövcuddur. Dünya təcrübəsi göstərir ki, aqroturizm yerli icmaların, kənd və rayonların, bütünlükdə ölkənin davamlı sosial-iqtisadi və mədəni inkişafında önəmli rola malikdir. Mənzərəli ərazilərdə xüsusi turist mərkəzləri olmalı, turistə “canlı təbiətlə” əlaqə, kəndin məşğuliyyəti və təbii ehtiyatları ilə tanışlıq üçün şərait yaradılmalıdır. “Yaşıl çay” fermer təsərrüfatı bu baxımdan da fərqlənir. Təkcə ötən il buraya 3 mindən çox turist gəlib. Onun da əksəriyyəti xarici ölkə vətəndaşları olub. Təsərrüfata baş çəkən qonaqlar Lənkəranın təmiz havasından, göz oxşayan təbiətindən zövq almaqla yanaşı, “Lənkəran çayı”ndan bir daha dadmaq istəyirlər.

Hər bir dərdin dərmanı, çay, çay, çay... Lənkərandan  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadrat kilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır VİDEO

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır VİDEO

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir VİDEO

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir VİDEO

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir