“HƏR ŞEY PUŞKİN HAQQINDA”
Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyası oktyabrın 6-dan böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 210 illiyi ilə əlaqədar bayram tədbirlərinə başlayacaqdır. Əslində, Puşkin, iyunun 6-da anadan olub və yubileyi 2009-cu ildə qeyd ediləcəkdir. Lakin bu təşkilat hər ayın 6-da “Hər şey Puşkin haqqında” layihəsi çərçivəsində tədbirlər keçirməyi qərara almışdır.
Assosiasiyanın sədri Lyubov Yakunina AZƏRTAC-a bildirmişdir ki, layihə ədəbi müsabiqələr, poeziya gecələri, konfranslar, dəyirmi masalar keçirməklə, Puşkin irsinin öyrənilməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]