Hərbi-siyasi kabinet Netanyahuya Livanla bağlı qərar qəbul etmək səlahiyyəti verib
Bakı, 29 iyul, AZƏRTAC
İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Kabinet üzvləri Baş nazirə və müdafiə nazirinə “Hizbullah” təşkilatına qarşı cavab tədbirləri barədə qərar vermək səlahiyyəti veriblər”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Netanyahunun Təl-Əvivdə hərbi-siyasi kabinetin iclasını çağırdığı məlum olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]