Həştərxanda çoxmərtəbəli binanın uçmasından sonra regional fövqəladə vəziyyət rejimi tətbiq edilib
Bakı, 17 noyabr, AZƏTAC
Həştərxanda çoxmərtəbəli binanın bir hissəsinin uçmasından sonra regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib.
"Fövqəladə vəziyyət rejiminin səviyyəsi regional səviyyəyə keçirilib. Biz regional səviyyədə fövqəladə vəziyyətin tərkib hissəsi kimi çətin vəziyyətə düşən insanlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bütün normativ sənədləri qəbul etmişik",- deyə qubernator bildirib.
Onun sözlərinə görə, binadan 37-si uşaq olmaqla 213 nəfər təxliyə edilib. İlkin məlumata görə, 1 nəfər ölüb (1939-cu il təvəllüdlü qadın), bir neçə nəfər itkin düşmüş hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]