HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÜCLƏNDİRİLMİŞDİR
“Azərbaycan Hava Yolları” Dövlət Konserni baş direktorunun birinci müavini Sabir İlyasov AZƏRTAC-a bildirmişdir ki, təhlükəsizliklə əlaqədar yoxlama aparan əməkdaşların sayının artırılması nəzarətin keyfiyyətinə xələl gətirmədən proseduru tezləşdirməyə kömək edir. Bu gün Heydər Əliyev adına Beynəlxalq hava limanında nəzarət sistemləri girişdə və təyyarə parkında fəaliyyət göstərir. Bunların arasında gömrük yoxlaması da vardır.