Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.

Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək deyib ki, son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları xeyli yaxşılaşdırılıb, kursantlar üçün müasir şərait yaradılıb. Bütün bunlar bilikli və vətənpərvər gənc zabitlərin yetişdirilməsində mühüm rol oynayır. Liseydə kursantların hərbi və elmi biliklərə yiyələnməsi ilə yanaşı, idmanın müxtəlif növləri ilə məşğul olmasına da diqqət yetirilir, onların muxtar respublikamızda keçirilən idman birinciliklərində fəal iştirakı təmin edilir. Həmçinin liseydə kursantların yaradıcılığını və fənlərə olan marağını artırmaq məqsədilə 19 dərnək fəaliyyət göstərir. Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırıb. 2015-2016-cı tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmaq üçün 977 gənc sənəd verib, onlardan 603-ü qəbul imtahanlarında iştirak etmək hüququ qazanıb. Bununla yanaşı, kursantların mənəvi tərbiyəsini yüksəltmək məqsədi ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı, 8 muzey və 2 kitabxana ilə müqavilə bağlanaraq onların imkanlarından da geniş istifadə olunur.

Elman Orucov yaradılan şəraitə görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, təhsilli və vətənpərvər kursantların yetişdirilməsi istiqamətində bundan sonra da qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.

Valideyn Tofiq Nəcəfov qeyd edib ki, bu gün hərbi təhsilini bitirib ali hərbi məktəbə yollanan kursantların valideynləri iftixar və qürur hissləri keçirir, övladlarının işıqlı gələcəyinə inanırlar. Çünki bu gənclər müstəqil Azərbaycanın qüdrətli ordusunun gələcək zabitləridir. Kursantların vətənpərvər, bilikli və sağlam bir gənc kimi yetişməsi üçün liseydə yaradılan müasir tədris və məişət şəraiti bütövlükdə Azərbaycan gəncliyinə və Azərbaycan ordusuna göstərilən diqqətin ifadəsidir.

Kursant Sənan Quliyev çıxışında bildirib ki, hər bir gənc bu mötəbər hərbi təhsil müəssisəsində təhsil aldığına görə fəxr edir və özlərini vətən müdafiəçisi sayırlar. Müasir tədris bazası olan Hərbi Liseydə qazanılan bilik və bacarıqlar gənclərin peşəkar zabit kimi yetişməsində müstəsna rol oynayır. Bu gün məzun olan kursantlar qarşıdakı təhsil illərində də intizamlı olacaq və yüksək bilik əldə edərək Hərbi Liseyin adını daim uca tutacaq, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalacaq, Vətənimizin xoşbəxt gələcəyi, işğal altında olan torpaqlarımızın azad olunması və müstəqilliyimizin qorunub saxlanması yolunda var qüvvə ilə çalışacaqlar.

Müəllimlərdən Məryəm Vəlibəyova deyib ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edən müqəddəs vəzifəni həyata keçirir. Liseyin müəllimləri üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir, tədrisin keyfiyyətini və səviyyəsini yüksəltmək üçün səy göstərirlər. Müəllim əməyinə dövlətimiz tərəfindən verilən qiymət pedaqoji heyəti ruhlandırır, bilikli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi işində daha səylə çalışmağa şövq edir. Heydər Əliyev adına Hərbi Liseydə çalışmaqdan, gələcəyin sərkərdələrini yetişdirmək yolunda xidmət göstərməkdən böyük qürur duyduqlarını bildirən Məryəm Vəlibəyova yaradılan müasir şəraitdən faydalanaraq milli ordumuzun kadr potensialının gücləndirilməsinə bundan sonra da öz töhfələrini verəcəklərini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 15-ci buraxılışı münasibətilə kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik edərək deyib: Hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması ordu quruculuğunun əsasını təşkil edir. Bu amili diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və Silahlı Qüvvələrimizin zabit korpusunda xidmət etmək üçün hazırlamaq qarşımızda duran ən mühüm vəzifədir. İstər keçmiş sovetlər birliyi, istərsə də müstəqillik dövründə gənclərin hərb sənətinə yiyələnməsini prioritet sahə elan edən Ulu Öndərimiz bu istiqamətdə mühüm işlər görmüş, milli hərbi kadrların formalaşdırılmasının əsasını qoymuşdur.

Ali Məclisin Sədri deyib: Ulu Öndərin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələrin döyüş hazırlığı, şəxsi heyətin xidmət şəraiti ilbəil yaxşılaşdırılır. Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ötən dövrdə ölkə Prezidentinin diqqət və qayğısı ilə Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. 56 kursantla fəaliyyətə başlayan lisey bu gün gəncləri öz ətrafında birləşdirən mötəbər hərbi tədris müəssisəsidir. Hazırda liseydə 657 kursant təhsil alır. Ötən dövrdə Hərbi Liseyi bitirən kursantlardan 2072-si ali hərbi məktəblərə qəbul olunub. Liseyin minə yaxın məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, vətənə, ölkəyə, doğma torpağa sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq, mətinlik tələb edir”. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən vətənpərvər, dövlətinə və xalqına sədaqətli, mərd və cəsur Azərbaycan gəncliyini görür, gələcəyimiz olan bu gəncliklə qürur hissi keçiririk.

Ali Məclisin Sədri kursantlara müraciət edərək deyib: Gənclərin yaxşı təhsil alması və peşə sahibi olması ölkənin gələcək inkişafını şərtləndirən başlıca amildir. Hər bir gənc harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq mütləq bir peşə öyrənməlidir. Ümummilli Liderimiz isə tövsiyə edirdi ki, zabit olmaq, vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdə dayanır. Çünki zabit adını daşımaq böyük məsuliyyətdir və Azərbaycan ordusunun zabiti kimi xalqımıza və vətənimizə sədaqətlə xidmət etmək qarşınızda duran əsas vəzifədir. Bundan sonra da yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, bilik və təcrübənizi artırmalısınız. Gələcəkdə harada xidmət etməyinizdən asılı olmayaraq unutmamalısınız ki, siz müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin məzunlarısınız. Bu adı daim uca tutmalı, onu nümunəvi xidmətinizlə doğrultmalısınız.

Ali Məclisin Sədri liseyin kursantlarına və məzunlara bundan sonrakı hərbi təhsil illərində və gələcək hərbi xidmət dövründə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıbdır.

Kursant Gündüz Babazadə təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurub.

Orkestrin müşayiəti ilə “Hərbi Lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Hərbi Liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Sonra Ali Məclisin Sədri Hərbi Liseydə kursantların yaşayışı, qidalanması, tədrisin keyfiyyəti və xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, Hərbi Liseydə əsaslı təmir işləri aparılıb, kursant yataqxanası və tədris korpusu müasir tələblər səviyyəsində qurulub. Yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılıb, yeni yataq dəstləri qoyulub. Burada kursantların asudə vaxtının səmərəli təşkili də təmin edilib, istirahət zalında təbiət və idman guşələri yaradılıb. Kursantlar gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanlarına malikdirlər.

Ali Məclisin Sədrinə hərbi dərslərin mütəşəkkil keçirilməsi üçün istifadə olunan əyani tədris vasitələri barədə məlumat verilib. Qeyd olunub ki, hərbi biliyin müxtəlif sahələrinə aid tədris vasitələri keçilən dərslərin dərindən mənimsənilməsinə, qazanılan biliklərin möhkəmləndirilməsinə və kursantlarda ilkin peşə vərdişlərinin formalaşmasına kömək edir. Qərargah binasında yerləşən atəş hazırlığı sinfi və hərbi kabinə də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Burada müasir avadanlıqlar, kompyuter dəstləri və iki atış monitoru quraşdırılıb. Monitorlarda real şəraitə uyğun olaraq hədəflərin yaxın və uzaqlığını, müxtəlif hava, məhdud görmə və relyef şəraitini, eləcə də avtomatik və tək-tək atəş rejimini seçmək mümkündür. Atış başa çatdıqdan sonra nəticələr monitorda əks olunur və kursantların nişanalma bacarıqları haqqında məlumat verilir.

Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Lisey kursantlarının, eləcə də ümumtəhsil məktəblərinin şagirdlərinin muxtar respublikadakı atıcılıq mərkəzlərindən istifadəsinin əhəmiyyətini qeyd edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin bu sahədəki birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Binadakı Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən kitablar, dahi şəxsiyyətin Hərbi Liseyə səfərlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir. Eksponatlar sırasında ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunan taleyüklü qərarların surətləri, həmin dövrə aid fotoşəkillər xüsusi maraq doğurur.

Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb.

Tədris korpusuna baxış zamanı qeyd olunub ki, Hərbi Liseydə tədrisin keyfiyyətini daha da artırmaq üçün ardıcıl tədbirlər görülür. Binadakı sinif otaqları müasir avadanlıqlarla təmin edilib, ana dili kabinəsi, kimya, biologiya və fizika laboratoriyaları, kompyuterlər quraşdırılan xarici dil kabinələri, idman zalı, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilib. Hazırda kitabxana fondunda 17 mindən artıq ədəbiyyat və dərslik var. Hərbi Liseydə dərslərin interaktiv formada keçirilməsi də diqqət mərkəzində saxlanılıb, fənn kabinələrində və sinif otaqlarında 8 elektron lövhə quraşdırılıb, humanitar və dəqiq elmlər üzrə elektron dərslik bazası yaradılıb.

Bina ilə tanışlıqdan sonra Hərbi Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Heydər Əliyev adına Hərbi Liseydə dərs demək böyük şərəf və bir o qədər də məsuliyyətdir. Çünki siz ölkəmizin gələcək müdafiəçilərini hazırlayırsınız. Yaradılan şərait, o cümlədən liseydə vətənpərvər kursantların təhsil alması pedaqoji heyətin üzərinə mühüm vəzifələr qoyur. Liseyin müəllimləri bundan sonra da kursantların təhsilinə, nizam-intizamına, fiziki hazırlıqlarının artırılmasına diqqət yetirməli, müəllim-kursant münasibətlərində fərdi yanaşma üstün istiqamət kimi götürülməlidir. Bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər.

Ali Məclisin Sədri kursantların bilikli və vətənpərvər böyüdülməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə Hərbi Liseyin müəllimlərinə təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər