Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”nin kişilər arasında qalibi müəyyənləşib
Bakı, 15 may, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”nin kişilər arasında qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda kişilər arasında rusiyalı Rinas Axmadeyev qalib gəlib. Rusiyalı atlet marşrutu 1 saat 4 dəqiqəyə qət edib.
Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib.
2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.