Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNUN “ÜZEYİR DÜNYASI” VƏ “AZƏRBAYCAN MUĞAMI ENSİKLOPEDİYASI” LAYİHƏLƏRİNİN TƏQDİMATI OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensiklopediyası” layihələrinin təqdimatı olmuşdur.

Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir Hacibəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən kitabı əsasında hazırlanmışdır. Nəşrin birinci hissəsində Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret faktlarla işıqlandırılmışdır. Burada 60 illik dövrdə müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərdə Üzeyir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər öz əksini tapmışdır. İkinci hissədə dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif materiallar toplanmış, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin tam biblioqrafiyası verilmişdir.

Kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır.

“Bədii və publisistik əsərləri” kitabında Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri toplanmışdır.

“Azərbaycanın muğam ensiklopediyası” layihəsi isə Azərbaycan muğamına həsr olunan xüsusi nəşrdir. İki cilddən ibarət olan bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. “Muğam ensiklopediyası” kitabında, ümumilikdə, 1300-ə yaxın mətn, 200-dən çox şəkil vardır. Kitabın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban xanım Əliyevadır.

Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınan muğamlardan tutmuş 2007-ci il televiziya muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər 260 video və audio materiallar MP3 formatında 125 diskdən ibarət 5 albomda toplanmışdır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, bütün halda qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.

Layihələrin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı MEHRİBAN ƏLİYEVA mərasimi açaraq dedi:

-Hörmətli mərasim iştirakçıları!

Əziz dostlar!

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış iki yeni layihənin təqdimat mərasiminə xoş gəlmisiniz. Sizi görməyə çox şadam.

Bu gün biz “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensklopediyası” adlı iki yeni layihə təqdim edirik. Layihələr müxtəlif olsa da, onlar birgə təqdim olunur. Çünki onların arasında çox dərin bağlantı var.

Muğam aləmi bütövlükdə Üzeyir bəy adlı böyük bir fenomen yaratdı. Üzeyir bəy isə öz növbəsində muğama yeni həyat verdi, muğamı opera səhnəsinə gətirdi, muğam operası adlı yeni bir möcüzə yaratdı.

“Üzeyir dünyası” layihəsinin əsas məqsədi dahi bəstəkarın çoxsahəli yaradıcılıq irsini bir araya toplamaq və geniş şəkildə xalqımıza təqdim etməkdir. Bununla yanaşı, layihə çərçivəsində işıq üzü görən araşdırmalar elmi və pedaqoji ictimaiyyət üçün də böyük maraq kəsb edəcəkdir. Mən inanıram ki, “Üzeyir dünyası” layihəsi dahi bəstəkarımızın yaradıcılıq irsinin bütün dünyada daha yaxşı tanınmasına da öz layiqli töhfəsini verəcəkdir.

“Üzeyir dünyası” layihəsi bəstəkarın həyat və yaradıcılıq yoludur. Onun bədii və publisistik əsərlərini, not yazılarını və elektron daşıyıcılarında toplanmış musiqisini özündə cəmləşdirir. Çox geniş biblioqrafiya Üzeyir bəyin elmi əsərləri ilə yanaşı, onun haqqında müxtəlif elmi tədqiqatları, elmi yazıları da əhatə edir.

Üzeyir Hacıbəyli Azərbaycan xalqının iftixarıdır. Onun yaradıcılığı, yaradıcılıq irsi olduqca geniş və zəngindir. Üzeyir bəy təkcə Azərbaycan professional musiqisinin banisi kimi yox, həm də çox böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli bir yer tutur. Demək olar, Azərbaycan musiqi sənətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin izi olmasın.

Üzeyir bəy “Leyli və Məcnun” operası və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları ilə ilk dəfə müsəlman Şərqində musiqili teatrın əsasını qoymuşdur. Onun ölməz romansları “Sənsiz” və “Sevgili canan” Azərbaycan kamera musiqisində yeni bir istiqamət aşkar etmişdir. Onun yaradıcılığının zirvəsi olan, şah əsəri olan “Koroğlu” operası, demək olar ki, Azərbaycan musiqi sənətinin tarixində yeni bir səhifə açmışdır.

Bildiyiniz kimi, müsəlman Şərqinin ilk operası məhz Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasıdır və YUNESKO-nun baş konfransının qərarı ilə bu il Parisdə YUNESKO-nun iqamətgahında “Leyli və Məcnun” operasının 100 illik yubileyi çox təntənəli şəkildə qeyd olunmuşdur.

Üzeyir Hacıbəyli təkcə bəstəkar kimi tanınmır, o, həm də böyük alim, böyük maarifçi kimi tanınır. O, çox ürəkdən sevdiyi və dərindən bildiyi Azərbaycan xalq musiqisinin nəzəri məsələlərinə çox böyük diqqətlə yanaşırdı və bu sahədəki 25 illik araşdırmaları, “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük, sanballı bir elm əsəri ilə nəticələnmişdir.

Üzeyir bəyin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, ölkəmizdə qüdrətli milli bəstəkarlıq məktəbi yaratmışdır. O, ölkəmizin musiqi təhsilinin əsaslarını qoymuşdur. Bu gün bu elə bir məktəbdir ki, dünyanın ən böyük ölkələri, ən böyük xalqları belə məktəblə fəxr edə bilərlər.

Bir sözlə, əziz dostlar, Üzeyir Hacıbəylinin yaradıcılığından, irsindən çox danışmaq olar. Sabah biz dahi bəstəkarın ad gününü qeyd edəcəyik. Mən bir daha vurğulamaq istərdim ki, Üzeyir bəyin musiqi sənətinin böyüklüyü yəqin ondan ibarətdir ki, o, hər zaman xalq musiqisinə əsaslanmışdır. O, öz əsərlərində xalq musiqisindən, xalq musiqisinin zirvəsi olan muğamdan istifadə edirdi və xalqa öz musiqisini onun doğma dilində çatdırırdı. Yəqin məhz buna görə də ölkəmizdə Üzeyir musiqisi istər kiçiyin, istərsə də böyüyün dillər əzbəridir.

Üzeyir Hacıbəyli dünyasını dəyişəndə Azərbaycan xalqı onunla “Sənsiz” romansının sədaları altında vidalaşırdı. Amma mən bunu deyə bilərəm ki, o gündən bəri yəqin heç bir gün də olmayıb ki, biz onsuz olaq. Müstəqilliyimizin simvolu olan dövlət himnimiz səslənəndə, “Koroğlu” operasının uvertürasının əzəmətinə heyran qalanda, musiqili komediyalara tamaşa edəndə, o komediyaların ölməz qəhrəmanlarının zarafatlarına, kəlmələrinə güləndə, onun romanslarını dinləyib kədərlənəndə biz deyə bilərik ki, Üzeyir bəy bizimlədir, onun musiqisi yaşayır, onun yaradıcılıq irsi yaşayır və əbədi yaşayacaqdır.

Bu gün biz Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə müraciət etməklə, əslində, onun ruhu qarşısında öz vətəndaşlıq borcumuzu verməyə hazır olduğumuzu nümayiş etdiririk.

Əziz qonaqlar, bu gün sizin diqqətinizə təqdim olunan ikinci layihə “Azərbaycan muğamı ensiklopediyası” adlanır. Bildiyiniz kimi, bu sahədə Heydər Əliyev Fondu tərəfindən son illər bir çox irimiqyaslı layihələr, tədbirlər həyata keçirilibdir. Bu sırada mən “Qarabağ xanəndələri” musiqili albomunun işıq üzü görməsini, “Muğam” jurnalının nəşrini, 2005 və 2007-ci illərdə keçirilmiş və çox böyük əks-səda yaratmış televiziya muğam müsabiqələrini qeyd edə bilərəm. Siz bilirsiniz ki, hazırda paytaxtımızın ən gözəl guşələrindən biri olan dənizkənarı parkda Beynəlxalq Muğam Mərkəzinin inşası davam edir. Bu mərkəzin təməlqoyma mərasimində ölkə başçısı və YUNESKO-nun baş direktoru iştirak etmişlər. Əminəm ki, yaxın gələcəkdə biz birlikdə bu mərkəzin açılış mərasimində iştirak edəcəyik.

İnanıram ki, bu gün sizə təqdim etdiyimiz layihə də ölkəmizin mədəni həyatında çox mühüm bir hadisəyə çevriləcəkdir.

“Muğam ensiklopediyası” iki cilddən ibarətdir. Birinci cild özündə muğama aid ətraflı məlumatı cəmləşdirir. İkinci cild isə 125 diskdən ibarətdir. Burada Azərbaycan muğamı müxtəlif sənətkarların ifası - XX əsrin əvvəlində yazılmış muğamlardan, sonrakı dövrün xanəndələrinin və nəhayət, 2007-ci ilin muğam müsabiqəsinin qaliblərinin ifası bir yerə toplanmışdır. Yəni ilk dəfədir muğam ustadlarının və gənc sənətkarların ifaları bir yerdə toplanıb və bununla bizim gözəl muğam irsimizin, demək olar ki, çox dolğun, geniş mənzərəsi yaradılıbdır.

Qeyd etmək istərdim ki, “Muğam ensiklopediyası” artıq işıq üzü görüb, amma bu istiqamətdə işlər davam edir. Bir sıra ifalar bu ensiklopediyaya daxil olmayıb, çünki XX əsrin əvvəlinə aid olan bəzi yazılar hələ ki, bərpa olunur və təbii ki, gələcəkdə onlar öz yerini bu ensiklopediyada tapacaqdır.

Mənim arzum odur ki, bizim bu gün təqdim etdiyimiz ikicildlik gələcəkdə çoxcildliyə çevrilsin və muğam ifaçılarının sayı ildən-ilə artsın. Bizim gözəl muğam qədim ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla, yeni yanaşmalarla zənginləşsin. Əminəm ki, belə də olacaqdır. Muğam artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir və mən bir də qeyd etmək istəyirəm ki, bizim borcumuz və məqsədimiz muğamı qoruyub saxlamaq, onu inkişaf etdirmək, onun gözəl və dərin fəlsəfəsini gələcək nəsillərə və bütün dünyaya çatdırmaqdır.

Əziz dosltar, bu gün bizim dəvətimizi qəbul edib, bizimlə olduğunuza görə mən sizə təşəkkürümü bildirirəm. Bu işdə əməyi olan hər bir insana - bizim muğam ustalarına, sənətkarlarımıza, alimlərimizə öz dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Sizə gələcək uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Sağ olun.

X X X

Sonra Mehriban xanım Azərbaycan incəsənət xadimləri ilə səmimi söhbət etdi, onların qayğıları ilə maraqlandı və xatirə şəkli çəkdirdi.

Təqdimat mərasimi incəsənət ustalarının çıxışı ilə başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir