“HEYDƏR ƏLİYEV GƏNCLİYİN GÖZÜ İLƏ” İNŞA MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Bahar Muradova qarşıdan gələn Qurban bayramı və Gənclər günü münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. O, əminliklə bildirmişdir ki, Azərbaycan gəncliyi dünya şöhrətli siyasi və dövlət xadimi, xalqımızın xilaskar oğlu, Prezident Heydər Əliyevin nurlu xatirəsini həmişə əziz tutacaq, onun ideyalarını yaşadacaqdır.
Çıxış edənlər banisi, tarixi şəxsiyyət Heydər Əliyev olan YAP-ın keçdiyi tarixi yoldan, ümummilli liderimizin gənclərə göstərdiyi diqqət və qayğıdan, mərhum Prezidentimizin xilaskarlıq missiyasından, respublikamızın ictimai-siyasi həyatında gənclərimizin rolundan danışmışlar.
Natiqlər bildirmişlər ki, Azərbaycan gəncliyi ümummilli liderimiz Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcək, əməli işləri ilə ona yardımçı olacaqlar.
Sonda “Heydər Əliyev gəncliyin gözü ilə” mövzusunda inşa yarışının qaliblərnə - Səbail rayon məktəblilərinə birliyin diplomu, pul mükafatı və “Heydər Əliyev və Azərbaycan gəncliyi” kitabı hədiyyə edilmişdir.