HEYDƏR ƏLİYEV MƏSCİDİNDƏ BAYRAM MƏRASİMİ
Mingəçevirdə ümummilli liderimizin adını daşıyan Heydər məscidində dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə toplantı keçirilmiş, dini ayinlər icra olunmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi hacı Xanəli Babayev dindarları əziz gün münasibətilə təbrik etmiş, dini-mənəvi dəyərlərimizin qorunmasına göstərilən dövlət qayğısından danışmışdır.
AZƏRTAC-a bildirilmişdir ki, iki mindən çox imkansız və aztəminatlı ailəyə Qurban payı çatdırılmışdır.