“HEYDƏR ƏLİYEV MUZEYİ”NİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, Milli Məclis deputatlarının iştirak etdikləri açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək elm və təhsilimizin inkişafında xalqımızın dahi oğlu, Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Nazir demişdir ki, ölkəmizin bütün məktəblərdə
“Heydər Əliyev məktəbi” və “Heydər Əliyev muzeyi” yaradılmalıdır.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Fidumə Hüseynova dövlətçiliyimizin yaranmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində görkəmli siyasi xadim Heydər Əliyevin tarixi rolundan bəhs etmiş, ümummilli liderimizin zəngin həyat yolunun nəsillərə layiqli örnək olduğunu dahi rəhbərimizin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Sonra tədbir iştirakçıları “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Heydər Əliyev və Azərbaycan təhsili” və digər bölmələrdən ibarət olan muzeylə tanış olmuşlar.
Mərasimdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]