Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyinin təqdimat mərasimi keçirilmişdir

Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyinin təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mərasimdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, yazıçılar, jurnalistlər iştirak etmişlər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirmişdir ki, kitabın təqdimatının Ulu Öndərin 90 illik yubileyi ərəfəsində keçirilməsi xüsusi önəm daşıyır. Bildirilmişdir ki, Elmira Axundovanın gərgin əməyinin nəticəsi olaraq ərsəyə gələn bu əsərdə ümummilli lider Heydər Əliyevin fenomenal şəxsiyyəti, onun zəngin və çoxşaxəli həyat və fəaliyyəti ilə bağlı olduqca maraqlı məlumatlar yer almışdır. Ümummilli Liderin irsinin araşdırılmasında və təbliğində bu əsərin çox böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Sonra kitabın ön sözünün və sözardının müəllifi görkəmli siyasi və ictimai xadim, Qazaxıstanın UNESCO-dakı nümayəndəsi Oljas Süleymenovun təbrik məktubu oxunmuşdur. Məktubda Elmira Axundovanın bu əsərinin həm indiki, həm də gələcək nəsillərin ömrünü öz xalqının tərəqqisi və inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın xoş gələcəyi naminə çalışmış ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini yaxından öyrənmələri baxımından zəngin mənbə olduğu diqqətə çatdırılmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bildirmişdir ki, böyük zəhmət hesabına ərsəyə gələn bu dəyərli əsər çox əhəmiyyətli tarixi mənbədir. Bildirilmişdir ki, altıcildlikdə Azərbaycanın və bütövlükdə Sovet İttifaqı tarixinin böyük bir dövrü əhatə olunmuşdur. Əsərin baş qəhrəmanı müasir müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər Heydər Əliyev, onun mürəkkəb və şərəfli həyat yolu, eləcə də Ümummilli Liderin yaşadığı və çalışdığı zamandır. Bildirilmişdir ki, bu əsərin yazılması üçün müəllif Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvləri, Azərbaycanın tanımış siyasi xadimləri, ziyalıları ilə görüşmüş, onlardan aldığı məlumatları sistemləşdirmiş, çoxsaylı arxiv sənədlərini araşdırmışdır. Bütün bunlar isə gərgin əmək tələb edir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixində görkəmli yer tutmuş siyasi xadimlərdən biridir. Ulu Öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edən akademik Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyi Ulu Öndərin öz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə zamanı əyilməyə məcbur etməsinin açıqlaması baxımından önəmli bir araşdırmadır.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla keçmişlə gələcəyi özündə birləşdirən və fədakar əməyin nəticəsi olan bu əsərin oxucuların, xüsusilə də gənc nəslin ulu öndər Heydər Əliyevi həm dahi şəxsiyyət, böyük siyasi lider, həm də sadə bir insan kimi dərindən öyrənməsi baxımından əhəmiyyətini vurğulamışdır.

Milli Məclisin deputatı, professor Musa Qasımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Əməkdar İncəsənət Xadimi, yazıçı Natiq Rəsulzadə, kitabın redaktoru, Əməkdar Jurnalist Elmira Əliyeva çıxış edərək bildirmişlər ki, bu əsərin coğrafiyası təkcə Azərbaycan ilə məhdudlaşmır, həm də Sovet İttifaqının böyük bir dövrünü əhatə edir. Bildirilmişdir ki, hər hansı tarixi şəxsiyyət zaman və məkan çərçivəsində fəaliyyət göstərir. Zaman və məkandan kənar tarix və tarixi şəxsiyyət yoxdur. Lakin həyatda öz düşüncələri ilə zamanı aşan, hətta yüz illəri qabaqcadan görmək qabiliyyətinə malik olan dahilər də vardır. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində məhz belə bir dahi şəxsiyyətdir. Sözü gedən kitabın ana xəttini də bu amil təşkil edir.

Çıxışlarda bildirilmişdir ki, bu əsər həm də Ümummilli Lider haqqında yazılacaq bütün kitablar, məqalələr üçün çox gözəl bir mənbə olacaqdır. Əsərdən çıxan nəticə bundan ibarətdir ki, Azərbaycanın güclü, çiçəklənən bir dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilmişdir ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizdə demokratik dövlət quruculuğuna həsr etmişdir. Natiqlər altıcildliyin xarici dillərə də tərcümə edilməsinin vacibliyini vurğulamışlar.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyinin müəllifi Elmira Axundova demişdir ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti, onun fenomenal şəxsiyyəti, qeyri-adi taleyi əsərin böyük uğur qazanmasının əsas səbəblərindəndir. Elmira Axundova altıcildliyin ərsəyə gəlməsində ona kömək edənlərə təşəkkürünü bildirmişdir.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatı Ulu Öndərin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış ictimai-siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Prezidentinin arxivlərindəki sənədlər əsasında yazılmışdır. Dərin təhlil və müəllif şərhləri ilə müşayiət olunan kitab indiyədək çox az məlum olan faktlar, məxsusi informasiyalarla zəngindir. Həm Azərbaycanda, həm də respublika hüdudlarından kənarda geniş oxucu auditoriyasının böyük marağına səbəb olan altıcildlik 2012-ci ilin sonlarında yekunlaşmışdır. Kitabın ilk dörd cildinin təqdimatı isə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada keçirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH