HEYDƏR ƏLİYEVİN ADI ƏBƏDİLƏŞDİRİLİR
Ağstafa rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin adını əbədiləşdirmək üçün şəhərin mərkəzi küçələrindən biri olan Azadlıq prospektinə onun adı verilmişdir. Ümummilli liderimizin adını daşıyan küçədə indi səkilər genişləndirilir, dekorativ çəpər çəkilir, yeni ağac və gül kolları əkilir.