REGİONLAR
HEYVANDARLAR QIŞI YAXŞI HAZIRLIQLA QARŞILAYACAQLAR
Ağdaş rayonunda təsərrüfatın ən gəlirli sahələrindən olan heyvandarlıq intensiv inkişaf etdirilir. Hazırda burada heyvandarlıqla 35 fermer təsərrüfatı və yüzlərlə fiziki şəxs məşğul olur. Təkcə bu il qaramalın sayı 4 min baş artaraq 64 min başa, davarların sayı isə 5 min baş çoxalaraq 84 min başa çatmışdır.
Hazırda heyvandarlar qışa ciddi hazırlıq işləri görürlər. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qış mövsümü üçün kifayət qədər yem tədarük olunmuşdur. Bu il 11 min hektar təbii biçənək və yonca sahələrindən 32 min tondan çox ot yığılmışdır.