Hidayət Heydərov Avropa çempionatının yarımfinalında - YENİLƏNİB
Tbilisi, 17 aprel, AZƏRTAC
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu 1/4 finalda Fransa təmsilçisi Dayyan Bulemtafesə ipponla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
12.33
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında ikinci görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Kosovo təmsilçisi Dardan Cenaya qalib gələrək növbəti raunda vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
10.57
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında ilk görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda
Yunanıstan təmsilçisi Konstantinos Tsaparasa ipponla qalib gələrək növbəti raunda vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla, 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
10:26
Azərbaycanın daha bir cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu 1/16 finalda Yunanıstan təmsilçisi Konstantinos Tsaparasla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.
Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
Müxbir - Aynur Əlixanlı