Hikmət Qafarlı dünya çempionatının Avropa zonası üzrə ilkin mərhələsinin oyunlarını idarə edəcək
Bakı, 29 yanvar, AZƏRTAC
FIFA referisi Hikmət Qafarlı futzal üzrə dünya çempionatının Avropa zonası üzrə ilkin mərhələsinin oyunlarına təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz yanvarın 30-da keçiriləcək Bolqarıstan-Monteneqro oyununda iş başında olacaq. O, qarşılaşmanın ikinci hakimi kimi ədalət prinsiplərini qoruyacaq. Görüşün birinci hakimi Kostas Nikolaou (Kipr), üçüncü referisi isə Daniele Dadamo (San-Marino) olacaq. H.Qafarlı bir gün sonra keçiriləcək Monteneqro-Hollandiya oyununda isə birinci hakim funksiyasını yerinə yetirəcək. Ona ikinci hakim kimi Xavier Moreno Reina (İspaniya) və üçüncü hakim kimi Kostas Nikolaou kömək edəcəklər.
Üçüncü oyunla bağlı təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, bu qrupun oyunları Bolqarıstanda keçiriləcək. Yekunda ikinci pilləni tutacaq komanda əsas mərhələdə millimizlə eyni qrupda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]