HİNDİSTAN PREZİDENTİ BAŞ NAZİRİN İSTEFASINI QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS Agentliyindən aldığı xəbərə görə, Hindistan Prezidenti Abdul Kalam mayın 13-də Baş nazir Atal Bihari Vacpainin istefasını qəbul etmişdir. Çünki onun partiyası vaxtından əvvəl keçirilən ümumi seçkilərdə məğlubiyyətə uğramışdır. Prezident yeni hökumət formalaşana və andiçmə mərasiminə qədər Nazirlər Kabinetinin başçısı vəzifəsini yerinə yetirməyi Vacpaidən xahiş etmişdir.
Vacpai parlamentdə müxalifətin lideri olacaqdır. Bu, Nazirlər Kabinetinin hakim Bharatiya Canata Partinin məğlubiyyətə uğraması məlum olduqdan dərhal sonra keçirilən təcili iclasında qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]