Hindistanda dini zəmində toqquşma zamanı dörd nəfər ölüb
Bakı, 1 avqust, AZƏRTAC
Hindistanın şimalında yerləşən Haryana ştatında dini zəmində baş verən toqquşma nəticəsində dörd nəfər ölüb, 20-dən çox insan isə xəsarət alıb. Ölənlərin ikisinin polis işçisi olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, hadisə iyulun 31-də Nuh rayonunda hindli qruplarının müsəlmanların yaşadığı ərazidən keçərək məbədə doğru yürüşü zamanı baş verib. Dini qruplaşma Hindistanın Baş naziri Narendra Modinin hakim “Bharatiya Janata” partiyasına yaxınlığı ilə tanınır.
Üç saat davam edən toqquşma zamanı hindli zəvvarlar müsəlmanları daşa basıb, avtomobilləri və məscidləri yandırıblar. Hazırda Nuh rayonunda komendant saatı tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]