Hindistanda sabiq Baş nazirin vəfatı ilə əlaqədar yeddigünlük matəm elan edilib
Bakı, 16 avqust, AZƏRTAC
Hindistan hökuməti sabiq Baş nazir Atal Bixari Vadjpainin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, matəm avqustun 16-dan 22-dək davam edəcək. Sabiq Baş nazir avqustun 16-da 93 yaşında dünyasını dəyişib. O, 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.
1998-ci ildə Vadjpai hökumətinin nüvə silahı sınaqlarının keçirilməsini sanksiyalaşdırması Hindistan-Pakistan münasibətlərinin mürəkkəbləşməsinə gətirib çıxarmışdı. “Asiaweek” həftəliyinin ekspert-politoloqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, Vadjpai 2000-ci ildə Asiyada ən yaxşı hökumət rəhbəri adlandırılmışdı.
O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]