HOLLANDİYADA RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, BAK-ın təşəbbüsü ilə ölkənin paytaxtı Amsterdamda və iri liman şəhəri Rotterdamda Azərbaycanın milli bayramı - Respublika günü geniş qeyd edilmişdir.
BAK Amsterdamın Avropa mehmanxanasında Hollandiyada fəaliyyət göstərən turizm şirkətləri üçün keçirdiyi təntənəli qəbulda Azərbaycanda turizmin inkişafı ilə bağlı fotostend nümayiş etdirilmişdir.
Azərbaycan icması isə Rotterdam şəhərində Respublika günü ilə əlaqədar yaddaqalan tədbir keçirmişdir. Tədbirdə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə həyata keçirilən mühüm quruculuq işlərindən söz açılmış, Azərbaycanın Avropa dövlətləri ilə əlaqələrinin durmadan inkişaf etdiyi xüsusi vurğulanmışdır.
Tədbirin sonunda yenicə açılmış milli yeməkxanamızda tədbir iştirakçılarına ziyafət verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]