HOLLİVUD MEL GİBSONU BOYKOT ETMƏYƏ ÇAĞIRIR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, Emanuel bəyanat verərək bildirmişdir: “Gibson belə təhrikedici sözlər söylədikdən sonra Hollivud kənarda qala və ona sudan quru çıxmağa imkan verə bilməz. Odur ki, biznesə hətta çox böyük ziyan vursa da, Gibsonla işdən imtina etmək lazımdır”.
İndi aktyorun hərəkətlərinin onun karyerasına ziyan vurub-vurmayacağı məsələsi Hollivudda geniş müzakirə edilir. Kinematoqrafçılardan biri demişdir ki, əgər söhbət 100 milyon dollar gəlir gətirəcək filmdən gedirsə, onda “bağışlamaq və unutmaq” qaydası işə düşəcəkdir.
Mel Gibson avtomobili sərxoş halda sürdüyünə görə iyulun 28-də Kaliforniya yol polisi tərəfindən həbs edilmişdir. Bu zaman onlar möhkəm deyişmişlər və Gibson yəhudiləri müharibəni qızışdırmaqda təqsirləndirmişdir. Ertəsi gün o, açıq şəkildə üzr istəmişdir.
Frans Press Agentliyi Gibsonun vəkilinə istinadla xəbər verir ki, aktyor alkoqolizmdən müalicə kursuna başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]