Hollivud ulduzundan ABŞ Kinematoqrafçılar Gildiyasına maddi dəstək
Bakı, 25 iyul, Emil Məlikov, AZƏRTAC
Aktyorların tətilinə dəstək olaraq ABŞ Kinematoqrafçılar Gildiyasına xeyli məbləğdə maliyyə yardımı edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün, aktyorların tətilinin ikinci həftəsində Hollivud ulduzu Dyuen Conson etiraz edən həmkarlarına maddi dəstək verib.
“Bu, bir anda tək şəxsdən aldığımız ən böyük ianədir. Təəccüblü olan odur ki, ianə olunan bir çek minlərlə aktyora masalarında yemək yeməyə, uşaqlarının təhlükəsizliyini təmin etməyə və maşınlarını işlək vəziyyətdə saxlamağa kömək edəcək. Sənətçinin bu məsələdə laqeyd qalmayaraq etdiyi səxavətli hərəkəti gildiyanın davamlı işinə təkan verdi”, - deyə ABŞ Kinematoqrafçılar Gildiyası fondunun rəhbəri Sid Uilson qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]