Honkonq Gürcüstanla vergi sazişi imzalayıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının xüsusi inzibati ərazisi olan Honkonq hökuməti Gürcüstanla ikiqat vergitutmaya yol verməmək barədə saziş imzalayıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Honkonq tərəfinin açıqlamasına görə, "Çin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulmuş Gürcüstan inkişaf etməkdə olan iqtisadiyyata malikdir.
Saziş iki yurisdikasiya arasında vergi hüquqlarının paylaşılmasını müəyyənləşdirir ki, bu da investorlara transsərhəd iqtisadi fəaliyyətləri zamanı öz potensial vergi öhdəliklərini daha yaxşı qiymətləndirməyə kömək edəcək və bununla da, ikitərəfli ticarət və iqtisadiyyat əlaqələrinin inkişafına şərait yaradacaq.
Gürcüstan Honkonq hökumətinin bu qəbildən saziş imzaladığı 45-ci ölkədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]