İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Şəkidə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 18 iyul, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şəki Rayon Mərkəzi Xəstəxanasında Şəki şəhər və Qax rayon sakinlərini qəbul edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən görüşdə müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerindəcə həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.