“İçərişəhərin həyatı” adlı fotomüsabiqəyə start verilib
Bakı, 21 avqust, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Dünya Fotoqrafiya Günü münasibətilə fotomüsabiqəyə start verilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar fotoqraf və mobilqraf olmaqla iki kateqoriya üzrə müsabiqəyə qatıla bilərlər.
“İçərişəhərin həyatı” mövzusuna uyğun olaraq iki ədəd fotoşəkil sentyabrın 10-u saat 18:00 qədər qeydiyyat anketi ilə birgə [email protected]. ünvanına göndərilməlidir.
Şərtlər və qaydalar haqda əlavə məlumatı https://icherisheher.gov.az/az/news/584 saytından əldə etmək olar.
Müsabiqə ilə bağlı əlavə sualları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sosial media hesablarına ünvanlamaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]