İdman dırmanmasının bolderinq növü üzrə açıq ölkə çempionatı keçiriləcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 28-29-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına (FAIREX) məxsus “Clim Baku” İdman Dırmanması Kompleksində idman dırmanmasının bolderinq növü üzrə açıq ölkə çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarış Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədi daşıyır.
Çempionatda 14 yaşdan yuxarı idmançılar arasında şəxsi və komanda üzrə yarışlar keçiriləcək. Komandanın tərkibində üç oğlan və bir qız olmalıdır.
Yarışın qalibləri FAIREX tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]