İDMAN
İdman gimnastlarımız Latviyada beynəlxalq turnirdə uğurla çıxış ediblər
Bakı, 30 may, AZƏRTAC
Latviyanın Liepaya şəhəri qadın idman gimnastikası üzrə açıq beynəlxalq turnirə ev sahibliyi edib. Yarış gimnastlarımızın uğurlu çıxışları ilə yadda qalıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, milli komandamızın üzvü Albina Əliyeva dayaqlı tullanma və gimnastika tirində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Xədicə Abbaszadə çoxnövçülük, dayaqlı tullanma və gimnastika tirində ikinci, sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar ilə hərəkətlərin icrasında üçüncü olub.
Leyla Məmmədzadə isə çoxnövçülük proqramında bürünc medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]