İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib




Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan İdman Akademiyasında (ASA) İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasa işçi qrupun həmsədri, ASA-nın Tədris üzrə prorektoru Ülkər Babayeva rəhbərlik edib.
İclasda Məşqçilik, Nəqliyyatda servis, Sosial iş, Turizm və hotelçilik ixtisaslarının magistratura səviyyəsi üzrə müxtəlif ixtisaslaşmalarının təsdiq edilməsi əsas müzakirə obyekti olub. Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Turizm və Menecment, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetləri və digər ali təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti, əmək bazarından nümayəndələr müzakirələr əsasında siyahıya bir neçə ixtisaslaşmanın əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bir neçə ixtisaslaşmanın ləğv olunmasına qərar veriblər.
Sonda İdman və xidmət ixtisasları üzrə magistratura təhsil səviyyəsinin ixtisaslaşmalarının siyahısı səsvermə ilə təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [17:08]
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
- 25.04.2025 [16:54]
BDU Bolqarıstanın Cənub-Qərb Universiteti ilə əməkdaşlıq edəcək
- 25.04.2025 [16:43]
NDU-da akademik Zərifə Əliyevaya həsr olunan elmi-praktik konfrans keçirilib
- 25.04.2025 [16:29]
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub
- 25.04.2025 [15:59]