İDXAL ƏMƏLİYYATLARININ HƏCMİ ARTMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, respublikanın rezident və qeyri-rezidentlərinin bu ilin 6 ayı ərzində 123 ölkə ilə apardığı ticarət əməliyyatlarının həcmi 5041698,6 min ABŞ dolları təşkil etmişdir. Həmin müddətdə 1675 adda 2924059,1 min dollarlıq məhsul ixrac, 4979 adda 2117639,5 min dollarlıq mal isə idxal olunmuşdur.
İxrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə 123,02 faiz, idxalın həcmi isə 0,81 faiz artmışdır. Bu artım, əsasən, avadanlıq, texniki qurğular və onların hissələri, qara metaldan hazırlanmış məmulatlar, dənli bitkilər, tütün məmulatları və digər malların gətirilməsi ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:24]
Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
- 15.10.2026 [12:10]