III Avropa Oyunları: Boksçumuz Məsud Yusifzadə macarıstanlı rəqibinə məğlub olub
Novı Tarq, 26 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Məsud Yusifzadə Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, yarışda 51 kiloqram çəkidə gücünü sınayan yığmamızın üzvü səkkizdəbir finalda Atilla Bernatla (Macarıstan) qarşılaşıb. Məsud Yusifzadə 0:5 (26:30, 28:29, 27:30, 26:30, 26:30) hesabı ilə məğlub olub və yarışla vidalaşıb.
Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq. Murad Allahverdiyev (80 kq) Nikita Niystedlə (Finlandiya) üz-üzə gələcək.