III AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR AİTF-2004 SƏRGİSİ
Aprelin 8-10-da Bakının idman və sərgi salonunda keçiriləcək bu sərgiyə dünyanın 15 ölkəsinin 70-dən çox şirkəti qatılacaqdır.
Bakı Səyahətlər və Ekskursiya Bürosundan AZƏRTAC-a bildirmişlər ki, sərgini İTE Group Pic. və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan İteca Caspian Ltd. şirkəti təşkil edir.
AİTF - 2004 sərgisi Dünya Turizm Təşkilatı, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi, Turizm Sənayesinin İnkişafı İttifaqı və Ticarət və Sənaye Palatası tərəfindən dəstəklənir.