İki ayda 12,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub
Bakı, 13 mart, AZƏRTAC
Yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb. ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]