İki ayda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda azalma olub
Bakı, 16 mart, AZƏRTAC
Yanvar-fevral aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 432,2 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ilin müvafiq ayları ilə müqayisədə istehsalın həcmində 3,1 faiz azalma müşahidə olunub.
Cari ilin iki ayında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 0,6 faiz azalaraq 51,3 milyon manat təşkil edib.
Hesabat dövründə sənaye məhsulunun 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Fevral ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 təşkil edib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi isə yanvar ayı ilə müqayisədə 48,4 faiz çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]