İki güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 7 iyun, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün çempionatda 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparırlar.
Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov səkkizdəbir finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və Olimpiya çempionumuz Gürcüstan idmançısı Amiran Vaxtanqaşviliyə minimal fərqlə qalib gəlib. İdmançımızın növbəti rəqibi fransalı Marvane Əhməd Yezza olub. Fransa idmançısını məğlub edən T.Bayramov yarımfinala yüksəlib və onun rəqibi moldovalı Nikolay Qrahmez olacaq.
Digər güləşçimiz Abubakr Abakarov (79 kq) qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisi İlya Xamtsovu məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Dörddəbir finalda güləşçimiz Litva təmsilçisi Dominikas Viliusisdən üstün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]