İki nəfər qubalı məzun qızıl nişana layiq görülüb
Quba, 27 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 2-si qızıl, 2-si gümüş nişana layiq görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunların üçü Quba, biri isə Siyəzən məktəblisidir.
Qızıl nişan alan Polad Atayev Quba şəhər Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin, Cavidan Balayev isə Quba şəhər Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbin şagirdidir.
Bu tədris ilində şimal rayonlarındakı ümumi təhsil müəssisələrini 5 min 231 məzun bitirib. Onlardan 52 nəfəri məktəbi fərqlənmə attestatı ilə başa vurub.
Respublika üzrə 2022-2023-cü tədris ilinin XI sinif məzunlarından 126 nəfər qızıl, 95 nəfər isə gümüş nişanla təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]