İKİ NEFT QUYUSU İSTİSMARA VERİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azneft” İstehsalat Birliyinin Əli Bayramlı Qazma İşləri İdarəsi 2004-cü ilin dörd ayında “Cəfərli” və “Suraxanı” yataqlarında 2700 metr əvəzinə 3630 metr qazma işi görmüşdür.
Qazmaçılar bu müddət ərzində üç quyuda qazmanı başa çatdırmışlar. İndi quyuüstü tikinti işləri aparılır. 1813 və 1960 nömrəli neft quyuları artıq istismara verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]