Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki xalqın – Azərbaycan və rus xalqlarının igid qızı kəşfiyyatçı Leyli Azolina

Bakı, 7 may (AZƏRTAC). Son illər Böyük Vətən müharibəsində həlledici döyüşlərin yubileyləri qeyd edilir. 1942-ci ilin əvvəllərində Moskva ətrafında faşist qoşunlarının darmadağın edilməsinin 70 illiyi bu yaxınlarda xatırlanmışdı. Bu döyüş Böyük Vətən müharibəsində qələbəyə gedən yolda ilk addım idi. Bütün ölkənin qüvvələri səfərbər edilmiş, sovet döyüşçüləri və bütün sovet xalqı şücaət göstərərək düşməni Moskvadan uzaqlaşdırmışdı. Moskva uğrunda döyüşlərdə xalq könüllü dəstələrində doğma şəhəri qoruyan paytaxt sakinləri kütləvi qəhrəmanlıq nümunələri göstərmişdi.

1941-ci il payızın əvvəlində alman qoşunları paytaxtın lap astanasında olduğu bir vaxtda Moskva şəhər komsomol komitəsi səfərbərlik elan etmiş, bu çağırışa 3000-dən çox gənc oğlan və qız qoşulmuşdu. Könüllü dəstələrdə birləşən komsomolçular düşmən arxasında kəşfiyyat və pozucu təxribat fəaliyyəti ilə məşğul olmaq üçün təcili hazırlıq kursları keçmişdi. Bu dəstələrin rəhbərləri artıq oktyabr ayında marşal G.K.Jukovun və Ali Baş Komandanın qarşısında dəstə üzvlərinin döyüş əməliyyatlarının nəticələri barədə hesabat vermişdi.

Hələ lap gənc olan yüzlərlə könüllü döyüşçü cəsarətlə düşmənin arxasına keçir, kəşfiyyat məlumatları toplayır, alman zabitlərinin və əsgərlərinin yerləşdiyi evləri yandırır, döyüş texnikasını və at tövlələrini məhv edir, rabitə xətləri çəkirdilər. Gənc partizan qız Zoya Kosmodemyanskayanın şücaəti hamıya yaxşı məlumdur. Moskva ətrafındakı Petrişşevo kəndində döyüş əməliyyatını yerinə yetirərkən əsir düşmüş bu gənc kəşfiyyatçı qızın adı sovet xalqının alman işğalçılarına qarşı fədakar mübarizəsinin rəmzinə çevrilmişdi. 1941-ci ilin noyabr ayında faşistlər Zoyanı qəddarcasına edam etmişdilər.

Faşist qoşunları Moskva ətrafında darmadağın ediləndən sonra yerli sakinlər almanların bu gənc partizan qızı nümayişkaranə şəkildə edam etdiklərini söyləyirdilər. Bir aydan artıq dar ağacından asılı qalmış cəsəd almanlar geri çəkiləndən sonra donmuş torpaqda basdırılmışdı. Edam edilmiş qızın yaxın qohumlarının iştirakı ilə cəsədin eksqumasiyası və identifikasiyası üçün dövlət istintaq komitəsi yaratmaq qərara alınmışdır. Bu qızın kimliyi aydınlaşdırılmalı idi.

Məsələ burasındadır ki, 1941-ci ilin o dəhşətli payız günlərində könüllü dəstələrin döyüşçüləri olan bir neçə qız döyüş əməliyyatlarını yerinə yetirərkən itkin düşmüşdü. Belə bir ehtimal vardır ki, edam edilən qız Moskva Geoloji Kəşfiyyat İnstitutunun ikinci kurs tələbəsi, Krasnopresnensk kommunist batalyonunun rabitəçi-kəşfiyyatçısı Leyli (Lilya) Azolina ola bilər. O, öz dəstəsi ilə birlikdə düşmənin arxasında bir neçə uğurlu reyd keçirmişdi. Lakin bir dəfə Leyli Azolina növbəti əməliyyatdan qayıtmadı. Ola bilsin ki, bu qız almanlara əsir düşmüş və 19 yaşı tamam olan gün - 1941-ci il dekabrın 12-də almanlar tərəfindən asılmışdı.

Edam edilən partizan qız ölümündən əvvəl adının Tanya olduğunu bildirib. Belə bir ehtimal da var ki, Zoya çox xoşladığı Puşkinin qəhrəmanı Tatyana Larinanın adını seçə bilərdi, çünki tanışları onu öz güclü xarakterinə, qəmgin baxışlarına və uzun kirpiklərinə görə tez-tez Tatyana Larina ilə müqayisə edirdilər. Lakin Leyli Azolinanın kiçik bacısının da adı Tanya idi. O vaxt Tanyuşanın cəmi 3 yaşı vardı. İgid kəşfiyyatçı qız bacısının adını çəkə bilərdi.

Leyli Azolina 1922-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Ağabəy Firudinbəyov Bakı Dövlət Universitetinin professoru, Azərbaycan poeziyasının və muğamların bilicisi idi. Qızına “Leyli və Məcnun” məhəbbət dastanının qəhrəmanının adını vermişdi. Leylinin anası Valentina Viktorovna Azolina professor Firudinbəyovun tələbəsi olmuşdur. Lakin Leylinin valideynlərinin ailə həyatı uğursuz olmuş və az sonra Leyli anası ilə bərabər Moskvaya köçüb getmişdi. Burada onun anası ikinci dəfə ərə getmiş və Leylinin iki kiçik bacısı doğulmuşdu.

Leyli, Lilya, Lileçka... hamının sevimlisi, dərs əlaçısı olan bu qız idmanla məşğul olur, alman dilini yaxşı bilirdi. Orta məktəbi bitirəndən sonra Moskva Geoloji Kəşfiyyat İnstitutuna daxil olmuş Leyli romantik geoloq işi barədə xəyallara dalır, gələcək həyatı barədə planlar qururdu. O, oxuduğu ali məktəbin ən gözəl qızlarından biri sayılırdı...

Dövlət İstintaq Komissiyası edam edilmiş qızın identifikasiyası üçün gərgin araşdırmalardan sonra bu qənaətə gəlmişdir ki, 1941-ci ilin noyabr ayında Petrişşevo kəndində edam edilən qız 18 yaşlı Moskva məktəblisi Zoya Kosmodemyanskaya olmuşdur. Ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdi.

Leyli Azolina haqqında cəbhə arxivlərində cəmi bir neçə sətirlik qeydlər qalmışdır: “Döyüş tapşırığından geri qayıtmamışdır. İtkin düşmüşdür. Sonrakı taleyi məlum deyil”.

O illərdə belə sözlər az qala məhkəmə hökmü kimi səslənirdi. İgid kəşfiyyatçı qızın doğmalarına yalnız cüzi pensiya təyin edilirdi. Sonralar Leylinin döyüş yoldaşları çox böyük çətinliklə də olsa Moskvadakı Moxovaya küçəsində, Geoloji Kəşfiyyat İnstitutunun qarşısında ucaldılmış mərmər qəhrəmanlar lövhəsində onun da adının həkk edilməsi üçün hökumətdən icazə ala bilmişdilər.

Leylinin doğmaları xatırlayırdılar ki, o, döyüş əməliyyatlarını yerinə yetirəndən sonra qısa müddətə evə qayıdırdı. Şineldə soyuqdan az qala donan, yorğun, lakin həmişə şən, üzügülər olan Leyli balaca bacılarını konfetə qonaq edir, düşmən arxasında keçirilmiş reydlər, döyüş yoldaşları barədə söhbətlər edirdi. Sonuncu tapşırığa getməzdən əvvəl də Leyli evə gəlmişdi. Gedərkən anasına demişdi ki, öz ad günü - 12 dekabr tarixində qayıdacaq, amma gəlmədi...

Leylinin döyüş tapşırığından qayıtmaması məlum olandan sonra anası üç ay qızını axtardı - əvvəlcə işğal edilmiş, sonra isə faşistlərdən azad olunmuş Moskva vilayətində. Amma hədər... leyli Azolinanın sonuncu igidliyi və həlak olduğu yer hələ də məlum deyil.

Yalnız müharibədən sonra doğmalarını aldığı bir məktub bu cəsur kəşfiyyatçı qızın taleyinə müəyyən qədər aydınlıq gətirmişdir. Leylinin döyüş yoldaşları onun meşədə tapşırığı yerinə yetirərkən qəflətən qarlı bir dərəyə düşməsini görmüşdülər. Onun yaralanmış, yoxsa yorğunluqdan huşunu itirmiş olmasını aydınlaşdıra bilməmişdilər. Sonradan da onun ardınca qayıtmaq mümkün olmamışdı. Çox ehtimal ki, o, döyüş yoldaşlarının çoxu kimi faciəli bir tale yaşamış, düşmən əsirliyində həlak olmuşdur.

 

Aişə Axundova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır