İkinci Bakı Beynəlxalq turizm filmləri festivalı davam edir
Bakı, 27 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, paytaxtımızda ikinci Beynəlxalq turizm filmləri festivalı başlamışdır.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində “Mədəniyyət, ənənə”, “Reklam filmləri” kateqoriyası üzrə Türkiyə, Çexiya, Yunanıstan, Azərbaycan, Ukrayna, İran, Xorvatiya, Polşa, Latviya, Almaniya, Litva, Avstraliya, Avstriya, Sloveniya filmləri nümayiş olunmuşdur.
Festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilmiş, onun müsabiqə proqramına 31 ölkədən 68 film, o cümlədən Azərbaycandan 7 film daxil edilmişdir.
Filmlər Nizami Kino Mərkəzində, eləcə də axşam seansları Dənizkənarı Milli Parkda təqdim olunur.
Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcəkdir. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaqdır. Birinci, ikinci, üçüncü yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, eyni zamanda, diplom və pul mükafatlarına layiq görüləcəkdir. Festivalın ən yaxşı filminə isə “Qran-pri”, diplom və pul mükafatı veriləcəkdir.
İyunun 28-də festivalın bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]