İkinci milli turizm mükafatı müsabiqəsi 13 nominasiya üzrə keçirilir
Bakı, 7 iyun (AZƏRTAC). Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə II milli turizm mükafatı müsabiqəsinə başlanılmışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin təşkilində məqsəd turizm sənayesinin davamlı inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, müxtəlif turizm növlərinin stimullaşdırılmasına nail olmaq, eləcə də kütləvi informasiya vasitələrinin bu mövzu ilə bağlı yaradıcılıq potensialını gücləndirməkdir.
Artıq müsabiqədə iştirak etmək üçün sənədlərin qəbuluna başlanmışdır.
Müsabiqə xarici və daxili turizm sahəsində ən yaxşı turoperator, 5, 4, 3 ulduzlu hotel, ixtisaslaşdırılmış KİV, nəşriyyat evi, turizm sahəsində ən yaxşı internet portalı, turist kompleksi daxil olmaqla, ümumilikdə 13 nominasiya üzrə keçirilir.
Müsabiqənin qalibləri sentyabrın 27-də - Dünya Turizm Günündə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]