İLHAM ƏLİYEV: “AZƏRBAYCAN AĞIRATLETİKA FEDERASİYASI BÜTÜN FEDERASİYALAR ARASINDA ÖN SIRADADIR”
Milli Olimpiya Komitəsinin mətbu orqanı olan “Olimpiya dünyası” qəzeti Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) həsr edilmiş xüsusi nömrə buraxmışdır.
Burada federasiyanın fəaliyyətini, beynəlxalq miqyasda uğurlarını işıqlandıran materiallar dərc edilmişdir. MOK-un prezidenti İlham Əliyevin Federasiyanın ünvanına dediyi yuxarıdakı sözlər AAAF-ın, idmançıların və onların məşqçilərinin fəaliyyətinə verilən yüksək qiymətdir.
Məlum olduğu kimi, idmanın bu növündə atletlərimiz qısa müddət ərzində yüksək nəticələr qazanmışlar. Nizami Paşayev sonuncu dünya çempionatında fəxri kürsünün “qızıl” pilləsinə qalxmaqla öz çəkisində Avropanın ən güclü ağır atleti adına planetin çempionu titulunu da əlavə etmişdir.
Qəzetin xüsusi nömrəsində Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovla müsahibə də dərc olunmuşdur. O, başçılıq etdiyi qurumun fəaliyyətindən ətraflı söhbət açaraq bildirir ki, Azərbaycan idmanının bütün uğurları ilk növbədə MOK-un prezidenti İlham Əliyevin adı ilə bağlıdır.
Ağır atletika veteranları isə öz müsahibələrində MOK və Federasiya rəhbərliyinin onlara göstərdikləri qayğıkeş münasibətdən danışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]