İLİN BİRİNCİ YARISINDA QAZAXISTANIN DÖVLƏT BORCU 1,8 MİLYARD DOLLAR ARTMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bu ilin birinci yarısında Qazaxıstanın dövlət borcu 231 milyard təngə (təxminən 1,8 milyard dollar) artaraq, 937 milyard təngə (7,6 milyard dollar) təşkil etmişdir. Bunu avqustun 15-də maliyyə naziri Natalya Korjova hökumətin iclasında bildirmişdir. İclasda yarımillikdə ölkənin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur.
O demişdir ki, dövlət borcu, əsasən, Qazaxıstan Milli Bankının borcunun çoxalması hesabına artmışdır. Korjovanın sözlərinə görə, ümumiyyətlə, Qazaxıstan dövlət borcunun ÜDM-ə nisbəti az olan ölkələrdən biridir və bu nisbət 10 faizdən artıq deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]