İlon Mask “Twitter”də tvitlərin oxunma sayına məhdudiyyət tətbiq edib
Bakı, 2 iyul, AZƏRTAC
“Twitter”in rəhbəri İlon Mask bildirib ki, istifadəçilərin gün ərzində oxuya biləcəyi tvitlərin sayına məhdudiyyət qoyulub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlayıb. Bu açıqlamadan bir saat sonra Mask limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan edib.
Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]