İmişlidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişlidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə pulsuz idman geyimləri və toplar verilib.
Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.