“Improtex Industries” zavodunda tentli yarımqoşqunun istehsalına başlanılıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Improtex Group”un “Improtex Industries” zavodunda yeni məhsul - tentli yarımqoşqunun istehsalına başlanılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilmiş təqdimat tədbirində çıxış edən qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov yeni məhsul istehsalının ölkə sənayesi, yükdaşıma və nəqliyyat sektorlarının inkişafı, məşğulluğun təmin olunması baxımından önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, KOBİA yeni məhsul istehsalını və innovativ sahibkarlığın inkişafını daim dəstəkləyir. Belə ki, Agentlik malik olduğu dəstək mexanizmləri, xidmətlər və resurslar ilə hər zaman yerli sahibkarların ehtiyaclarını qarşılamağa çalışır. Bu müəssisənin də fəaliyyətinin genişləndirilməsi və ixrac potensialının artırılması istiqamətində zəruri dəstək təmin olunacaq.