İNCƏSƏNƏT VƏ RİYAZİYYAT
Lənkəranın Gil kəndindən həvəskar rəssam Dadaş Nurlu tablolarında təsviri sənətlə riyaziyyatı sintez etməyə çalışmışdır.
Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayev demişdir ki, Dadaş Nurlunun riyazi xalçalar deyilən əsərləri, əslində, Azərbaycanda qədim sənət növüdür. Lakin ornamentin bu növü unudulmuşdur. Rəssam bu sənət növünü dirçəltmək qərarına gəlmişdir. Onun ornamentləri riyazi hesablamalardır. Şəkillər rəngli uşaq kaleydoskopunu xatırladır. Burada mürəkkəb ornamentlər aynadakı kimi əksini tapır və çox gözəl alınır.
Ə.Qarayev demişdir: “Biz xalq istedadlarını dəstəkləyirik, xalq sənətini dirçəltmək istəyirik. Bu, lənkəranlı rəssamın ilk fərdi sərgisidir və onu daha maraqlı əsərlər yaratmağa həvəsləndirəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]