İNDİYƏDƏK AZƏRBAYCANDA 44.744 KİÇİK MÜƏSSİSƏ VƏ OBYEKT ÖZƏLLƏŞDİRİLMİŞDİR
Cari ilin birinci yarısında dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 1,1 milyon manat vəsait əldə edilmişdir. Həmin müddətdə nizamnamə kapitalı 1092,2 milyon manat olan 1.556 dövlət müəssisəsi, o cümlədən 363 iri və orta sənaye müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir.
Ötən yeddi ayda səhmlərinin ümumi dəyəri 34,4 milyon manat olan 111 səhmdar cəmiyyətinin səhmləri hərraca çıxarılmış və satılmış səhmlərin dəyəri 4,7 milyon manat olmuşdur. 1,2 milyon manatlıq səhmlər qapalı abunə ilə çeklə müəssisələrin əmək kollektivlərinə və çek hərraclarında, 3,5 milyon manat məbləğində səhmlər isə pul hərraclarında və sərmayə müsabiqələrində satılmışdır.
İlin əvvəlindən bəri ümumi sahəsi 356,1 min kvadratmetr olan 5,6 min mənzil özəlləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]