İndoneziyada bərə qəzaya uğrayıb: azı 15 nəfər ölüb
Bakı, 24 iyul, AZƏRTAC
İndoneziyanın Sulavesi adasında bərənin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Bu barədə “Detik” portalı məlumat yayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, indiyədək sağ qalan 6 sərnişin tapılıb və onlara tibbi yardım göstərilir. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.
Sulavesi bölgəsində ölkədaxili daşımaları həyata keçirən bərənin qəzaya uğramasının səbəbi hələlik açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]