İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Tibb Universiteti ilə birgə tədqiqatlar aparılır
Bakı, 30 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası ilə birgə hepatosellular karsinomanın (HSK) diaqnostikası ekspert sisteminin işlənilməsi istiqamətində tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova məlumat verib. O qeyd edib ki, müvafiq dövr ərzində diaqnostik ekspert sisteminin yaradılması üçün ekspert biliklərinin alınması, onların qeyri-səlis qaydalar əsasında transformasiyası, ekspert sisteminin layihələndirilməsi və funksionallaşma prinsiplərinin işlənilməsi istiqamətində işlər görülüb, müvafiq proqram təminatı reallaşdırılıb.
Professor cari ilin əvvəlində HSK-nın diaqnostikası sisteminin sınaqlarının keçirilməsi zamanı sistemin verilənlər bazasının və interfeys blokunun təkmilləşdirilməsi ilə bağlı mütəxəssis, həkim-ekspertlər tərəfindən tövsiyələrin verildiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]