İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı keçiriləcək
Bakı, 10 mart, AZƏRTAC
Oktyabrın 7-9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı (AICT 2020) keçiriləcək.
AZƏRTAC ict.az saytına istinadla xəbər verir ki, builki konfrans riyaziyyatçı, astronom, coğrafiyaşünas və müasir cəbr elminə mühüm töhfələr bəxş etmiş dünya şöhrətli alim Əl-Xarəzminin xatirəsinə həsr olunacaq.
Konfransda iştirak etmək istəyənlər tədqiqatçılar məqalələrini mayın 31-dək Təşkilat Komitəsinə ([email protected] və ya [email protected] elektron poçt ünvanlarına) təqdim edə bilərlər.
Beynəlxalq konfransın müxtəlif bölmələrində “Alqoritmlər” (xüsusi sessiya), “Big Data mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Elmdə və təhsildə İKT-nin rolu”, “Verilənlər haqqında elm və genişmiqyaslı analitika” və s. mövzularda məruzələr dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]