İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə xal itirib
Bakı, 15 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 15-də Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Mançester Siti" səfərdə "Vest Ham Yunayted" komandasının qonağı olub.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.
Bu nəticədən sonra xal ehtiyatını 90-a çatdıran Mançester təmsilçisi liderliyini davam etdirir. 56 xalı olan "Vest Ham Yunayted" 7-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Liverpul" isə 86 xalla ikinci yerdədir.
Beləliklə, Premyer Liqanın qalibinin adı son turda müəyyənləşəcək.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Tottenhem" - "Börnli" - 1:0;
"Aston Villa" - "Kristal Palas" - 1:1;
"Lids Yunayted" - "Brayton" - 0:1;
"Vatford" - "Lester Siti" - 1:5;
"Volverhemton" - "Norviç Siti" - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]